Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
DÜNYA

İrəvanda rus qorxusu: Zabitlərimizi göndəririk, lakin...

<b>İrəvanda rus qorxusu: Zabitlərimizi göndəririk, lakin...</b>

Ermənistan Müdafiə Nazirliyi NATO-nun tədbirinə qatılmasına haqq qazandırmaq üçün müxtəlif bəhanələr səsləndirməyə başlayıb

Gürcüstanda avqustun birində start götürəcək NATO-nun “Layiqli tərəfdaş 2018” təlimi haqqında öz Feysbuk səhifəsində fikirlərini bölüşən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan, Rusiyanın qəzəbindən qorunmaq üçün bu təlimin NATO yox, guya Gürcüstanın keçirdiyini iddia edib.
“Təlimdə 4 erməni zabit iştirak edir. Təlim ABŞ-ın Avropadakı Quru Qoşunları və Gürcüstan Silahlı Qüvvələrinin birgə iştirakı ilə Vaziani və Norio bazalarında keçiriləcək. Təlimi NATO təşkil etməyib, amma burada iştirak üçün dəvət NATO üzvləri və tərəfdaşlarına göndərilib. Erməni zabitləri təlimə Gürcüstan Müdafiə Nazirliyi dəvət edib”, - deyə o bildirib.
Qeyd edək ki, təlim avqustun 15-də başa çatacaq. Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək.
Keçən il Ermənistan bu təlimə 40 nəfərlik kontingentlə qatılmışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv