Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
İQTİSADİYYAT

Azərbaycan ilk beşlikdə: ilin sonuna yaxın... – Ekspert

<b>Azərbaycan ilk beşlikdə: ilin sonuna yaxın... – Ekspert</b>

Azərbaycanın əməkhaqqı göstəricilərinə görə MDB məkanında ilk beşlikdə olması, təbii ki, iqtisadiyyatdakı durumla bağlıdır

İqtisadiyyatda vəziyyətin sabitləşməsi, artım prosesinin davam etməsi bu göstəricilərin getdikcə yüksəlməsinə şərait yaradacaq.
Bu sözləri keçmiş maliyyə naziri, professor Fikrət Yusifov Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun araşdırmasında MDB ölkələri arasında əməkhaqqı reytinqinə görə Azərbaycanın ilk beşlikdə yer almasını şərh edərkən deyib. O bildirib ki, ümumiyyətlə, 2018-ci il Azərbaycanda iqtisadi yüksəliş ilidir:
“Bu il iqtisadiyyatda artım var. Xüsusilə qeyri-neft sektorunda yarım ilin nəticələrinə görə 2%-ə yaxın artım qeydə alınıb. Qeyri-neft sektorunun aparıcı işçi sahəsi qeyri-neft sənayesində 9%-ə qədər, aqrar sektorda isə 8%-ə qədər artım müşahidə olundu. Bütövlükdə bu göstəricilər iqtisadiyyatda gözləntilərin özünü doğrultduğunu göstərir. Ümumi iqtisadi artımın yarım ilin nəticələrinə görə 1,3% olmasına baxmayaraq, deyə bilərik ki, bu ilin sonuna yaxın bu göstərici bir qədər də yaxşılaşacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv