Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
TÜRK DÜNYASI

Branson bəhanədir: ABŞ-ın Türkiyəni təhdidinin əsl səbəbi

<b>Branson bəhanədir: ABŞ-ın Türkiyəni təhdidinin əsl səbəbi</b>

Türkiyənin İrana qarşı iqtisadi və siyasi sanksiyalara qoşulmayacağını bəyan etməsi ABŞ-Türkiyə münasibətlərində yaşanan son gərginliyin pərdəarxasındakı ən vacib, ciddi məqamıdır

Bu sözləri açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, eyni zamanda, Türkiyə-Rusiya münasibətləri və Türkiyənin Rusiyadan silah tədarük etməsi məsələsi ikinci məqam kimi vurğulanmalıdır:
“Çünki Türkiyə hazırda aktiv Yaxın Şərq siyasəti fonunda İran və Rusiya ilə münasibətlərini kifayət qədər normal məcraya yönəldə bilib. Bu münasibətlərin arxasında əslində çox ciddi məqamlarla bağlı əməkdaşlıq dayanır. Rusiya ilə hərbi əməkdaşlıqdan tutmuş İranla bağlı müəyyən iqtisadi yatırımlar edə bilməsi perspektivinə qədər, bir çox məqamlar var ki, bu, əslində ABŞ-ın da, Qərbin də hər iki ölkəyə - həm Rusiyaya, həm də İrana qarşı mövcud siyasəti ilə daban-dabana ziddiyyət təşkil edir. Bu mənada bütün bunların arxa fonunda Türkiyənin İran və Rusiya ilə (xüsusilə İranla) bağlı olan siyasəti və səsləndirilən son açıqlamalar bu münasaibətlərin pisləşməsinə rəvac verib”.
Analitik vurğulayıb ki, Türkiyənin İrana qarşı sanksiyalara qoşulmağın milli maraqlara cavab verməməsi ilə bağlı açıqlaması ABŞ-da xüsusilə qıcıq yaradıb:
“Hətta Türkiyənin Avropa ilə İran arasında münasibətlərin normal məcraya yönəlməsi üçün vasitəçilik missiyasını həyata keçirəcəkləri ilə bağlı bəyanatları da olmuşdu. Yəni Türkiyənin belə bir təklifi etməsi də müəyyən qıcıqlara səbəb olur. ABŞ-ın Türkiyəni Bransona görə sanksiyalarla hədələməsi, ümumiyyətlə, digər məqamlar sırf bəhanə xarakteri daşıyır”.
Analitik qeyd edib ki, Türkiyə Fətullah Gülənin ekstradisiyası ilə bağlı dəfələrlə ABŞ-a müəyyən tələblər irəli sürüb:
“ABŞ isə bu tələbləri hər zaman rədd edir. İndi isə ABŞ-ın Türkiyəyə buna bənzər, başqa bir formatda tələblər irəli sürməsi əslində gülüncdür. Bu məqamda hətta ev dustaqlığı ilə bağlı qərarın qəbul edilməsi belə Türkiyənin referans gedişi idi. ABŞ-ın daha sərt mövqe sərgiləməsi bundan sonrakı münasibətlərə çox ciddi mənfi təsir göstərə bilər”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv