Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
HADİSƏ

Metropolitendən açıqlama: “O kartlarda problem yarana bilər“

<b>Metropolitendən açıqlama: “O kartlarda problem yarana bilər“</b>

Tarif Şurasının qərarına əsasən bu günün sonuna qədər sərnişinlər metropolitendən əvvəlki tariflərə uyğun şəkildə istifadə edə biləcəklər

Avqust ayının 1-dən etibarən isə yeni qaydalara uyğun olaraq bir gediş üçün kartdan 0,30 qəpik silinəcək.
Bu sözləri Publika.az-a Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, kartların balansına yüklənilən məbləğdə heç bir problem olmayacaq:
“Bu günə qədər kartlara yüklənilən məbləğ, eləcə də ayın 1-dən sonra karta vurulan məbləğ arasında heç bir fərq yoxdur. Hər iki halda avqust ayının 1-dən etibarən gediş haqqın üçün 0,30 qəpik silinəcək.
Yeganə məsələ odur ki, kağız kart adlandırdığımız məhdud kartlarda bir sıra problem yaşana bilər.
Onun da səbəbi o kartlara pul yükləyəndən sonra çıxartmaq olmur. Deyək ki, həmin kartda 20 qəpik pul qalıbsa, ora 10 qəpik yükləyib yenidən istifadə etmək olar. O kartların müddəti 45 gündür. Metronun 4 stansiyasında kart analiz mərkəzləri xidmət göstərir ki, hər hansı bir problem yaşanarsa, sərnişinlər ora müraciət edərək problemi aydınlaşdıra bilərlər. 45 gün ərzində həmin məhdud kartlardan adi qaydada istifadə etmək mümkündür”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv