Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
HADİSƏ

Toy karvanında “avtoşluq” edən sürücü tutuldu - Video

<b>Toy karvanında “avtoşluq” edən sürücü tutuldu - Video</b>

Qusar rayonunda toy karvanında avtoxuliqanlıq edən sürücü tutulub

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün əvvəl Qusar rayonunda toy karvanında iştirak edən bir gəncin hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən gəncin şəxsiyyəti müəyyənləşdirilib.
Araşdırmalarla, İnfiniti G35 markalı 10-XO-038 dövlət nişanlı avtomobillə xuliqanlıq etmiş gəncin Məhəmməd Qədimov olması məlum olub.
M.Qədimov Qusar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati qaydada protokol tərtib olunub. Bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.
Bir daha qeyd etmək istəyirik ki, toy karvanlarında avtoxuliqanlıq edərək digər şəxslərin həyatını riskə atmaq qəbuledilməzdir və hərəkətlər ətrafdakı insanlara qarşı hörmətsizlik göstəricisidir.











FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv