Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
QHT XƏBƏR

“Mənəvi irsin qorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir”

<b>“Mənəvi irsin qorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir”</b>

“Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyi” ölkə boyunca “Mənəvi dəyərlərin təbliği: necə və nə etməli?“ adlı silsilə tədbirlərini uğurla davam etdirir. Birlikdən verilən məlumata görə, bu gün növbəti tədbir Balakən şəhər mərkəzi kitabxanasında keçirilib

Tədbirdə çıxış edən “Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyinin“ sədri Sevinc Əzimbəyli bildirib ki, silsilə tədbirlərin əsas məqsədi mənəvi dəyərlərin qorunması və mühafizə olunması istiqamətində ölkə vətəndaşları arasında maarifləndirmə işinə dəstək verməkdir: “Xüsusilə, bu çərçivədə gənclərimizə milli vətənpərvərlik ruhunu, mənəvi dirçəlişimizin yüksəlişini ən əsas və müqəddəs prinsip kimi təqdim etməkdir. Onu qeyd edim ki, gələcək nəsillərə milli mənəvi dəyərləri, irsimizi çatdırmaq üçün bu gün hər birimizin üzərimizə böyük məsuliyyət düşür. Dövlətimiz tərəfindən xeyli işlər görülür və bu sahəyə diqqət və qayğı göstərilir. Deyərdim ki, bu gün milli mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Prezident İlham Əliyevdir”.
Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək söyləyib ki, milli mənəvi irsimizin
qorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir: “Ölkəmizdə milli və mənəvi dəyərlərimizin gənclərimizə aşılanması onların gələcəkdə mükəmməl ölkə vətəndaşı kimi formalaşmasına ən mübarək səbəbdir. Radikal qüvvələrin ölkəmizdə birlik və bərabərliyimizin pozulmasına yönələn bütün addımlarının zərərləşdirilməsi naminə hər
birimiz Azərbaycan dövlətinin yanında olmalıyıq”.
Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Balakən təmsilçisi Sərxan Tahirzadə mövzu ətrafında çıxış ediblər.
Tədbirdə ictimaiyyət nümayəndələri və rayonun fəal gəncləri iştirak ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv