Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
HADİSƏ

İrandan Azərbaycana gətirilən narkotik tutuldu

<b>İrandan Azərbaycana gətirilən narkotik tutuldu</b>

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaq-malçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması, həmçinin sərhədyanı ərazilərdə yabanı şəkildə bitən narkotik xassəli bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirlir

DSX-dən verilən məlumata görə, 29 iyul 2018-ci il tarixdə sərhəd qoşun¬larının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisin¬dəki sər¬həd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazi¬sindən qaçaqmal yolu ilə 3 bağla¬madan ibarət 6 qutuda 10 milli¬qramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli “Myd¬rax” dərman prepa¬ratla¬rının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
28-31 iyul 2018-cı il tarixlərdə Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Za¬qa¬tala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massivlərində 13 796 ədəd ümumi çəkisi 9 ton 300 kq olan yabanı şəkildə bitmiş çətənə kolları aşkar olunub və müvafiq qaydada aktlaş¬dırılaraq məhv edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv