Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
DÜNYA

Soçidə etiraf: Əsəd 8000 nəfəri həbsxanalarda öldürdü

<b>Soçidə etiraf: Əsəd 8000 nəfəri həbsxanalarda öldürdü</b>

Soçidə Suriya ilə bağlı Astana formatında aparılan danışıqlar zamanı rəsmi Dəməşq həbsxanalarındakı müxalifləri qətlə yetirdiyini etiraf etməli olub

Bu barədə məlumatı “Yeni Şəfəq” qəzeti yayıb.
Görüş zamanı Əsəd rejimindən həbs etdiyi şəxslərin azad edilməsi tələb edilib. Bu tələb rejim nümayəndələri arasında panikaya səbəb olub. Sonradan bu şəxslərin həbsxanalarda həlak olduğu bildirilib. Əsədin nümayəndələri məhbusların ölümünə infeksion xəstəliklərin səbəb olduğunu deyib.
Suriyanın “Zaman əl Vasıl” portalı isə Əsəd rejiminin qətlə yetirdiyi şəxslərin siyahısını ələ keçirərək yayımlayıb. Saytın yaydığı siyahıda 8032 nəfərin adı yer alıb. Onların arasında jurnalistlər, akademiklər, fəallar, dövlət məmurları və ordu nümayəndələrinin də olduğu bildirilib. Belə ki, siyahıda ən çox qətlin 2014-cü ildə törədildiyi vurğulanıb. Həmin ildə qətlə yetirilənlərin sayı 2276 nəfər olub. Suriyalıların daha çox Dəra, Xüms və Dəməşq ətrafında qətlə yetirildiyi açıqlanıb.
Müxalif qüvvələr isə yayımlanan siyahı ilə razılaşmayıblar. Onlar indiyə qədər 200 min nəfərin Əsəd rejimi tərəfindən həbs edildiyini və onlardan 40 mini haqqında hələ də heç bir məlumat ala bilmədiklərini deyiblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv