Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Hərbçilərimiz Gürcüstanda keçirilən təlimlərdə iştirak edir

<b>Hərbçilərimiz Gürcüstanda keçirilən təlimlərdə iştirak edir</b>

Avqustun 1-də Gürcüstanın Vaziani Təlim Mərkəzində "Ləyaqətli Tərəfdaş 2018" çoxmillətli təliminin açılış mərasimi olub

Report xəbər verir ki, açılış mərasimində Gurcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Mamuka Baxtadze, parlamentin sədri İrakli Kobaxidze, müdafiə naziri Levan İzoria və digər rəsmi şəxslər iştirak ediblər.
Avqustun 15-dək davam edəcək tədbirdə 13 ölkədən 3000 nə qədər hərbi qulluqçu iştirak edir. Təlimdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Gürcüstan, Estoniya, Polşa, Almaniya, Fransa, Türkiyə, Ukrayna və Ermənistan hənrbçiləri iştirak edirlər.
Təlimin məqsədi regionda təhlükəsizlik və stabilliyin artması, müdafiə və hücum əməliyyatlarında döyük imkan və qabiliyyətlərinin təkmilləşdilməsi, NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları ilə qarşılıqlı uzlaşmanın inkişaf etdirilməsidir.
Təlim 5-ci dəfədir Gürcüstanda keçirilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv