Son xəbərlər
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
MEDİA

Azərbaycana qarşı olan saytın arxasından bu ölkə çıxdı

<b>Azərbaycana qarşı olan saytın arxasından bu ölkə çıxdı</b>

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Ermənistanın məşhur saytlarından birini maliyyələşdirib

Bu barədə məlumat Zorakn Fondunun hesabatında yer alıb. Fonda məxsus olan məşhur “Razm.info” saytına 2016-cı ildə baza tərəfindən 100.000 rubl verilib. Bu pul sayta bir sıra qonşu ölkələrin elektron KİV-lərində yayımlanan materiallar haqqında həftəlik məlumatlar almaq üçün verilib.
“Forrights.am” saytı isə rus bazası ilə əlaqələrin mənfi nəticələrə gətirib çıxaracağı iddiası ilə çıxış edib:
“Bu sayt Türkiyə və Azərbaycanla bağlı xəbərləri onları düşmən adlandıraraq təqdim edib. Lakin digər peşəkar saytlar hər iki ölkə üçün “düşmən” yerinə “rəqib” termininə üstünlük verir. Əgər rus pullarından qidalanan ekspertlərin açıqlamalarına diqqət etsək, o zaman onlar üçün ermənilərlə azərbaycanlılar arasında düşmənçiliyin dərinləşdirilməsinin prinsipial məqam olduğunu görərik”.
Qeyd edək ki, “Razm.info” Ermənistanın əsas hərbi saytı kimi tanınır. Sayt xüsusilə cəbhə xətti və Azərbaycanla bağlı bir sıra eksklüziv materialların yayımını həyata keçirməklə məşhurlaşıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv