Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

Kreml Paşinyanı cəzalandırır: 100 milyonluq razılaşma ləğv edilir

<b>Kreml Paşinyanı cəzalandırır: 100 milyonluq razılaşma ləğv edilir</b>

Ermənistanın hazırkı hakimiyyətinin keçmiş rəhbərlərə qarşı təqibləri Moskva ilə İrəvan münasibətlərində fikir ayrılığına səbəb olub və tərəflər arasında daha güclü mübahisə yarada bilər

Bu barədə məlumatı “Kommersant” qəzeti özünün Rusiya hakimiyyətindəki mənbələrinə istinadən yayıb. Qəzet Moskvanı ən çox qəzəbləndirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb edilməsi olduğunu bildirib:
“Kreml bunu hərbi blokun imicinə ciddi zərbə hesab edir və KTMT rəhbərliyinin bundan sonra başqa ölkəyə keçəcəyini istisna etmir. Digər tərəfdən isə Ermənistanla əvvəlcədən razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükü də sual altına düşüb”.
“Kommersant” Xaçaturova qarşı ittihamların olacağı ilə bağlı KTMT-nin əvvəlcədən xəbərdar edilmədiyini və ən çox bunun Moskvada qəzəbə səbəb olduğunu söyləyib:
“Mənbəmiz istisna etmir ki, Xaçaturovu və KTMT-ni ləkələmək cəhdi xarici oyunçular tərəfindən təşkil edilib. Hazırda baş katib vəzifəsi ilə nə olacağı aydın deyil.
İstənilən halda baş katib məsələsinə 8 noyabrdan tez aydınlıq gətirilməyəcək. Məhz bu tarixdə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası toplanacaq. Ermənistandakı mübahisələr alyansın imicinə güclü zərbə vurur, amma nədənsə İrəvanda bunu heç kim anlamır. Əgər baş katib vəzifəsinə yeni erməni namizəd təsdiqlənməsə, o zaman baş katiblik vəzifəsi Belarusa veriləcək”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv