Son xəbərlər
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
HADİSƏ

Digər xanəndənin də meyiti tapıldı

<b>Digər xanəndənin də meyiti tapıldı</b>

Ötən gün Miryusif Mirizadənin qətlə yetirildiyi təsdiqlənəndən sonra yoxa çıxdığı bildirilən və axtarışlarına başlanılan Novruz Hüseynovun meyiti tapılıb

Azvision.az xanəndənin cəsədinin bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edildiyini yazıb. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün sübh çağı 02 BX 414 nömrəli “Mersedes” maşınında qəzaya düşərək öldükləri barədə xəbər yayıldıqdan az sonra gənc xanəndələrin qətlə yetirildiyi məlum oldu. Belə ki, Axar.az-ı məlumatlandıran sənətçilərdən biri Miryusifin qətlə yetirildiyini, Novruzun isə ümumiyyətlə yoxa çıxdığını bildirdi.
Məlumat prokurorluq tərəfindən təsdiqləndi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv