Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

Polis azərbaycanlı yazıçını dindirdi - Məqaləyə görə…

<b>Polis azərbaycanlı yazıçını dindirdi - Məqaləyə görə…</b>

Güney Azərbaycandan olan milli-mədəni fəal, tanınmış yazıçı Həmid Yagenepur Marağa Şəhər Polis İdarəsinə çağırılıb.
Fəal idarədə bir neçə saat dindirilib.
Məlumata görə, onun dindirilməsi son dövrlər yazdığı məqalələrə görədir. Fəalın son məqalələrindən biri İrandakı ağır iqtisadi vəziyyətlə bağlıdır. “Ana dilim mənim qırmızı xəttimdir” adlı digər məqaləsi isə İranda Azərbaycan dilinə qoyulmuş qanunsuz qadağalardan bəhs edir.
O, Azərbaycan dili ilə bağlı məqalədə İranın Təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərinə qarşı irqçi fikirlərini kəskin şəkildə tənqid edib. Məqalədə həmçinin Azərbaycan- türk dilinin İran məktəblərində tədrisi tələb olunub.
Azərbaycanlı fəal bundan əvvəl imzatoplama kampaniyası keçirərək, sahibkarlar üçün vergilərin qanunsuz artırılmasına etirazını bildirmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv