Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
DÜNYA

İranda xalq ayaqlandı: Rədd olsun axundlar! – Video

<b>İranda xalq ayaqlandı: Rədd olsun axundlar! – Video</b>

Milli valyutanın (rial) dollar qarşısında öz dəyərini itirməsi ilə iqtisadi durumun ağırlaşması, kəskin qiymət artımı İranda vəziyyəti gərginləşdirib

Yaranmış iqtisadi böhran kütləvi etirazların yaranmasına səbəb olub.
Avqustun 1-də Kərəc şəhərinin Gövhərdəşt məntəqəsində onminlərlə insan axşam saatlarında küçələrə çıxaraq hökumətin uğursuz iqtisadi siyasətinə, ölkə rəhbərlərinin əhalinin istəklərinə laqeyd qalmasına qarşı etiraz yürüşü keçirərək, ruhanilər hakimiyyətinə qarşı “Top, tank, fişfişədən qorxmuruq, rədd olsun axundlar”, “İranlı, yetər susdun artıq, öz qeyrətini göstərməyinin vaxtıdır”, “Diktatora ölüm” kimi sərt şüarlar səsləndiriblər.
Yürüşçülər əhalini qorxunu bir kənara atıb molla hakimiyyətinə qarşı keçirilən kütləvi etirazlara qatılmağa çağırıblar. İsfahanın bəzi küçələrində hökumət qüvvələrinin etirazçıları dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. Gecə saatlarına qədər davam edən etirazlarda mümkün həbslərin olub-olmadığı barədə hər hansı bir məlumat yayılmayıb.












FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv