Son xəbərlər
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
HADİSƏ

Bu ərazilərdə yanğın söndürüldü - Nazirlik

<b>Bu ərazilərdə yanğın söndürüldü - Nazirlik</b>

Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib

09:13
FHN-dən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.
Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Ağsu dolaylarında gecə saatlarında başlanan yanğın hadisəsinin qarşısı alınmaq üzrədir.
Bu barədə Trend-ə açıqlamasında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib.
Onun sözlərinə görə, gecə saatlarında baş verən yanğın artıq səhər saatlarında lokallaşdırılıb: "Artıq yanğının əsas hissəsinin qarşısı alınıb, ərazidəki obyektlər yanğından mühafizə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən helikopterləri, Şamaxı və Ağsu rayonlarının yanğınsöndürmə briqadaları, Ağsu Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları cəlb edilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür".
***
Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.
ETSN-dən verilən məlumata görə, avqustun 1-də saat 22:00-da başlayan yanğın 0,01 hektara yaxın ərazini əhatə edib və nəticədə quru xəzəl, qurumuş və yıxılmış ağaclar yanıb.
Eyni zamanda 2 avqust 2018-ci il tarixində saat 3 radələrində Ağsu meşəbəyliyinin 8 saylı dolayında da yanğın hadisəsi baş verib. Naməlum səbəbdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb.
Yanğın nəticəsində 0,4 hektar ərazidə quru ot örtüyü yanıb.
Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması istiqamətində araşdırma aparılır.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv