Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
İQTİSADİYYAT

Azərbaycan-Hindistan iqtisadi əlaqələri müzakirə edilib

<b>Azərbaycan-Hindistan iqtisadi əlaqələri müzakirə edilib</b>

İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb

Azərbaycan və Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın inkişafına, eləcə də ölkələrimiz arasında müqavilə-hüquqi bazanın genişləndirilməsinə dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Hindistan əlaqələrinin yüksək səviyyədə olduğunu, ölkəmizin Hindistan ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. İqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin, Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Hindistanla əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev ölkələrimiz arasında ticarət əməkdaşlığının genişləndiyini, Azərbaycanda 170-ə yaxın Hindistan kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirib. Hindistanla əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri Hindistanlı iş adamlarını ölkəmizdə yaradılmış sənaye parkları və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib. Bildirilib ki, sənaye, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və s. sahələrində əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanlar böyükdür.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq layihələr, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həmçinin ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə də məlumat verib.
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Hindistan-Azərbaycan əməkdaşlığına dair fikirlərini bildirib. Vurğulanıb ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistan üçün də əhəmiyyətlidir. Səfir Azərbaycanın ixrac missiyasının Hindistana göndərilməsinin iqtisadi sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını qeyd edib. Hindistan Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıqda və əlaqələrin genişləndirilməsində də maraqlıdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv