Son xəbərlər
24 MAY
23 MAY
22 MAY
MƏDƏNİYYƏT

Həsən Azərbaycanın 40 mərasimindən - Video

<b>Həsən Azərbaycanın 40 mərasimindən - Video</b>

Tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin 40 mərasimi Təbrizdə keçirilib

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, çox sayda azərbaycanlı fəal iştirak edib.
Mərasimin birinci hissəsi “Vadi Rəhmət” qəbiristanlığında, mərhumun məzarı yanında baş tutub. Yas mərasimi zamanı fəallar Azərbaycan türkcəsində şeirlər oxuyub, ustad H.Dəmirçinin vətən uğrunda apardığı mübarizə barədə çıxışlar ediblər.
Daha sonra mərasim Təbrizin “Cavad-ul Əemmə” məscidində davam etdirilib.
Qeyd edək ki, Həsən Azərbaycan adı ilə tanınan milli-fəal iyunun 24-ü ürək çatışmazlığından “Əli Nəsəb” xəstəxanasında dünyasını dəyişib. O, Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.