Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
HADİSƏ

Bakı Metropoliteni işçi axtarır – Şərtlər

<b>Bakı Metropoliteni işçi axtarır – Şərtlər</b>

Bakı Metropoliteni QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir

Seçimdə yaşı 24-30 arasında olan, ali və orta texniki təhsilli, ilk peşə ixtisaslı, hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilərlər.
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar Bakı Metropoliteni QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.
Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv