Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
DÜNYA

Çavuşoğlu-Pompeo görüşdü: nə dəyişəcək? – İsti şərh

<b>Çavuşoğlu-Pompeo görüşdü: nə dəyişəcək? – İsti şərh</b>

Türkiyə Vaşinqton üçün mühüm strateji önəmə malik olan bir ölkədir və Türkiyənin iştirakı olmadan bölgədə hər hansı bir dəyişikliyə nail olmaq da mümkün deyil.

Bu sözləri Çavuşoğlu-Pompeo görüşünün yekununu şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitikin sözlərinə görə, görüşün müsbət nəticə verməsinin əsas səbəblərindən biri Türkiyə parlamentindəki partiyaların ABŞ-ın sanksiya qərarına sərt reaksiya verməsi ilə bağlıdır:
“Ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu da ABŞ-ın sanksiya qərarına qarşı sərt addımlar atılmasının gərəkdiyini, hətta İncirlikdəki bazanın qapadılmalı olduğunu bildirib. Bu isə Birləşmiş Ştatların qərarının Türkiyənin ictimai rəyində dəstəkçisinin olmadığından və Vaşinqtonun Türkiyədə tamamilə gözdən düşə biləcəyindən xəbər verir. Sanksiya qərarı ABŞ-ı təkcə Türkiyənin siyasi hakimiyyəti ilə deyil, bütövlükdə türk xalqı ilə qarşı-qarşıya qoyub. Münasibətlərin bundan daha kəskin müstəviyə qədəm qoyması Birləşmiş Ştatlara yaxşı heç nə vəd etmir. Türkiyə Vaşinqton üçün mühüm strateji önəmə malik olan bir ölkədir və Türkiyənin iştirakı olmadan bölgədə hər hansı bir dəyişikliyə nail olmaq mümkün deyil”.
E.Mirzəbəyli hesab edir ki, xarici siyasət idarəsi rəhbərlərinin görüşü yaxın zaman kəsiyində tərəflər arasında gərginliyin müəyyən qədər səngiməsinə səbəb olacaq:
“Lakin bu, iki dövlət arasındakı problemlərin həll olunacağı anlamına gəlməməlidir. ABŞ-ın sanksiya qərarı iki ölkə arasındakı münasibətlərin mahiyyətinə, müttəfiqliyə uyğun gəlməyən, həddindən artıq kobud və ləyaqətsiz bir davranışdır. Türkiyə cəmiyyəti bu qərarı milli qürurunun tapdanması kimi qəbul edir və Vaşinqtonun hansı addım atacağından asılı olmayaraq, Türkiyədə ABŞ-a olan münasibət hələ uzun müddət dəyişməyəcək”.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Sinqapurda görüşüb.
Mövlud Çavuşoğlu görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ və Türkiyənin mövcud problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldiyini bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv