Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
HADİSƏ

Türkiyə hərbçiləri ailə üzvləri ilə Azərbaycana gəldi

<b>Türkiyə hərbçiləri ailə üzvləri ilə Azərbaycana gəldi</b>

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən, qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizdə səfərə gəlib

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Proqrama uyğun olaraq, qonaqların Bakı, Gəncə, Şəmkir və Şəki şəhərlərinə ekskursiyası təşkil edilib. Türkiyəli heyət ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olub, mətbəximizə məxsus yemək və şirniyyatlardan dadıblar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv