Son xəbərlər
15 YANVAR
14 YANVAR
13 YANVAR
12 YANVAR
11 YANVAR
HADİSƏ

Gömrükdə mobil telefonlar müsadirə edildi

<b>Gömrükdə mobil telefonlar müsadirə edildi</b>

Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Samur" gömrük postunda Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Astra" markalı avtomobilə gömrük baxışı keçirilib.
DGK-dan verilən məlumata görə, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ön şüşəsilənlərinin alt hissəsindəki boşluqda, qutuları və aksesuarları ("qulaqcıq"lar, adapterlər) ilə birlikdə 2 ədəd "Samsung Galaxy A3" markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv