Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
DÜNYA

İran üçün bəla başladı: Sanksiyalar işə düşdü

<b>İran üçün bəla başladı: Sanksiyalar işə düşdü</b>

ABŞ Tehrana qarşı 2015-ci ildə nüvə müqaviləsi imzalanana qədər olan sanksiyalardan daha dəhşətlisini tətbiq etməyə hazırlaşır

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
Onun sözlərinə görə, sanksiyalar İran rəhbərliyinin fəaliyyətlərinə cavabdır. O bu sanksiyaların mənfi nəticələrinə görə, bütün məsuliyyətin İran hökumətinin üzərinə düşdüyünü bildirib. Pompeo İran xalqının ABŞ-dan yox, öz rəhbərlərindən narazı olduğunu deyib.
Qeyd edək ki, bu gün ABŞ İrana qarşı sanksiyaların bir hissəsini bbərpa edəcək. Bu sanksiyalar avtomobil sektoru, qızıl və digər dəyərli metal ticarətinə aid olacaq. İrana qarşı sanksiyaların ikinci hissəsi 4 noyabrda qüvvəyə minəcək. Bu sanksiyalar isə energetika sektoru, Mərkəzi Bankla bağlı tranzaksiyalara aid ediləcək.
Sanksiyalar İranla iş əlaqələri olan ölkələrin şirkətlərinə də aid ediləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv