Son xəbərlər
19 MART
18 MART
17 MART
16 MART
15 MART
HADİSƏ

Külli miqdarda pulu xaricə aparmaq istəyən şəxs tutuldu

<b>Külli miqdarda pulu xaricə aparmaq istəyən şəxs tutuldu</b>

Azərbaycandan külli miqdarda xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə Respublikası vətəndaşının çamadanı rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və sorğu-sual olunub. O, üzərində və çamadanında gömrük orqanına bəyan edilməli hər hansı əşyanın olmadığını bildirib.
Lakin yoxlama nəticəsində, sərnişinin pulqabında 1700 ABŞ dolları, çamadandakı şəxsi əşyaların arasında olan yaş salfet paketinin içərisində isə 17700 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv