Son xəbərlər
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
HADİSƏ

DYP-dən sürücülərə xəbərdarlıq: maşınınız yanıbsa...

<b>DYP-dən sürücülərə xəbərdarlıq: maşınınız yanıbsa...</b>

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib

İdarədən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində, eləcə də texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılan təhlillər göstərir ki, hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin anda bu avtomobillərdə odsöndürənlər ya olmayıb, ya da odsödürənlərin yararlılıq müddəti bitdiyindən yanğın vaxtında söndürməyib ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olmalarına, ağır xəsarətlər almalarına, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olması və onlara küllü miqdarda maddi zərər dəyməsi ilə nəticələnib.
"Qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrində olan nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsödürənlərin yararlılıq müddətini daima nəzarətdə saxlasınlar", - deyə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv