Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
DÜNYA

50 illik savaşı bitirən prezident siyasətdən getdi

<b>50 illik savaşı bitirən prezident siyasətdən getdi</b>

Xuan Manuel Santos Kolumbiya prezidenti vəzifəsini yeni seçilmiş lider İvan Dukeyə təhvil verib

Xalq qarşısında vida nitqi ilə çıxış edən Santos böyük siyasəti tərk etdiyini bildirib:
“Siyasətdən gedirəm, amma digər sahələrdə işləməyə davam edəcəyəm. Mən düşmənçilik etmədən gedirəm. Allaha şükür ki, ürəyimdə heç bir nifrət və inciklik yoxdur”.
Qeyd edək ki, Santos 8 il Kolumbiyaya rəhbərlik edib. O, ölkədə 50 ildən çox müddətdə davam edən vətəndaş müharibəsinə son qoya bilib. Onun sayəsində FARC terror təşkilatı silahlı mübarizədən imtina edib və Kolumbiyanın siyasi həyatına inteqrasiyası başlayıb. Məhz bu addımlarına görə, Santos 2016-cı ildə Nobel sülh mükafatını əldə edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv