Son xəbərlər
24 MAY
23 MAY
22 MAY
TÜRK DÜNYASI

Türkiyə ABŞ-a məxfi heyət göndərir - Böhran

<b>Türkiyə ABŞ-a məxfi heyət göndərir - Böhran</b>

ABŞ sanksiyalarının ortadan qaldırılması üçün Türkiyə Vaşinqtonla danışıqlara başlayıb

Bu barədə məlumatı “Sözcü” qəzeti etibarlı mənbələrinə istinadən yayıb. Qəzet bunun üçün 2 gün ərzində ABŞ-a xüsusi bir heyətin gedəcəyini bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə keşiş Bransonun həbsdən azad edilməməsinə görə, Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq edib. Sanksiyalara Türkiyənin daxili işlər və ədliyyə nazirləri məruz qalıb.