Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

Övladınıza çanta alarkən buna diqqət edin - Həkim

<b>Övladınıza çanta alarkən buna diqqət edin - Həkim</b>

Son vaxtlar azyaşlı uşaqlarda onurğa sütununun deformasiyaları (skolioz, kifoz, lordoz) artıb

Bunun bir səbəbi də ibtidai sinif şagirdləri üçün optimal ağırlıqda məktəbli çantalarını seçə bilməməyimizdir.
Bu barədə tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, uşaqlara çanta alarkan onun bəzəyinə deyil, keyfiyyətinə fikir vermək lazımdır:
“Bəziləri çantaların həm ucuz, həm də sağlamlığa zərərsiz olmasını istəyir. Çanta kürəyə tam oturmalı, hər iki çiyinə eyni cür ağırlıq düşməlidir. Portfeldən istifadə etmək düzgün deyil, çünki ağırlıq bir tərəfə düşəcək. Tez təmizlənmək baxımından çantalar sintetik materialdan olsa, daha yaxşıdır.
Çantanın ağırlığı içərisindəki məktəb ləvazimatları ilə birlikdə uşağın bədən çəkisinin 10 faizini təşkil etməlidir. 6 yaşlı uşağın bədən çəkisini 22 kq götürsək, çantanın ağırlığı 2,2 kq olmalıdır!
Amerika Pediatriya Akademiyası isə aşağıdakı normativləri təqdim edir(məktəb ləvazimatları ilə birlikdə): Birinci sinif - 1,2 kq, ikinci sinif - 1,6 kq, üçüncü sinif - 2,3 kq, dördüncü sinif - 2,6 kq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv