Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
TÜRK DÜNYASI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi başlayıb

<b>Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi başlayıb</b>

Avqustun 13-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun - müsahibə mərhələsinə başlanılıb

Təhsil Nazirliyindən BayMedia-ya bildiriblər ki, avqustun 18-dək davam edəcək bu mərhələdə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçiriləcək müsahibələrdə 4 min 337 namizədin iştirakı nəzərdə tutulub.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumları və ümumi dünyagörüşləri yoxlanılacaq. Eyni zamanda, namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
Müəllimlərin işə qəbul müsabiqəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv