Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
DÜNYA

Hindistanda yağışlar mövsümündə azı 774 nəfər həlak olub

<b>Hindistanda yağışlar mövsümündə azı 774 nəfər həlak olub</b>

Musson yağışlarının başladığı vaxtdan indiyədək Hindistanın 7 ştatında əlverişsiz hava şəraiti azı 774 nəfərin ölümünə səbəb olub

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, təbii fəlakətdən ən çox ölkənin cənubunda yerləşən Kerala ştatı zərər görüb - burada 187 nəfər həlak olub. Həmçinin əlverişsiz hava Uttar-Pradeş ştatında 171, Qərbi Benqaliya ştatında 170, Maharaştra ştatında 139, Qucarat ştatında 52, Assam ştatında 45, Naqalend ştatında 8 nəfərin həyatına son qoyub. Leysan yağışları ümumilikdə 250 nəfərin də xəsarətlər almasına səbəb olub, 30 nəfər isə itkin düşüb.
Hazırda Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Sahil Mühafizə Xidməti və Təbii Fəlakətlərə Reaksiya Qüvvələri ölkənin müxtəlif rayonlarında vətəndaşların xilas edilməsi və musson yağışlarının nəticələrinin aradan qaldırılması üzrə müştərək əməliyyatlar keçirir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv