Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
İDMAN

Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək

<b>Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək</b>

Avqustun 14-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə Belarusun BATE komandası ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, “Borisov Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı latviyalı Andris Treymanis idarə edəcək. Ona Haralds Qudermanis və Aleksey Spasenikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandr Qolubev yerinə yetirəcək.
Bu komandalar arasındakı ilk görüş Belarus klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” - BATE cütünün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, UEFA Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Bu gün, həmçinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.
Bütün oyunlar eyni gündə baş tutacaq. Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” komandası səfərdə Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin “Fənərbağça” klubu doğma azarkeşlər önündə Portuqaliyanın “Benfika” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi səfərdə ilk qarşılaşmada minimal hesabla uduzub - 0:1.
Gün ərzində, həmçinin aşağıdakı görüşlər oynanılacaq:
“Dinamo Kiyev” (Ukrayna) – “Slaviya Praqa” (Çexiya) - ilk oyun -1:1
“Spartak” (Moskva, Rusiya) - PAOK (Yunanıstan) – ilk oyun 2:3
AEK (Yunanıstan) –“Seltik” (Şotlandiya) – ilk oyun 1:1
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) – ilk oyun 2:0
“Videoton” (Macarıstan) – “Malmö” (İsveç) – ilk oyun 1:1
“Şkendiya” (Makedoniya) – “Zalstburq” (Avstriya) – ilk oyun 0:3
“Ayaks” (Hollandiya) – “Standard” (Belçika) – ilk oyun 2:2
“Spartak” (Trnava, Slovakiya) – “Srvena Zvezda” (Serbiya) – ilk oyun 1:1









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv