Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
DÜNYA

Kaliforniyada yanğın qurbanlarının sayı 7 nəfərə çatıb

<b>Kaliforniyada yanğın qurbanlarının sayı 7 nəfərə çatıb</b>

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları 7 nəfərin həyatına son qoyub

AZƏRTAC xəbər verir ki, “San Francisco Chronicle” qəzetinin yaydığı məlumata görə, yanğınlar nəticəsində, daha 7 nəfər itkin düşüb.
Bu, ştat tarixində ən böyük təbiət yanğınıdır. Leyk, Mendosino və Koluza dairələrinə yayılan yanğın 283 min akr (114,5 min hektar) ərazini əhatə edir. Təbii fəlakətlə mübarizədə 4 minə yaxın yanğınsöndürənin iştirak etdiyi bildirilir.
Hazırda ABŞ-ın 15 ştatının ərazisində ümumilikdə 110 meşə yanğını tüğyan etməkdədir. Onların əksəriyyəti ölkənin şimal-qərbində və Alyaska ştatında qeydə alınıb. ABŞ-da meşə yanğınlarının sahəsi 2018-ci ildə artıq 23 min kvadratkilometrə çatıb. Kaliforniya ərazisində 9 yanğın ocağı quru və küləkli havanın təsiri ilə sürətlə genişlənir. Ştatda fövqəladə vəziyyət elan edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv