Son xəbərlər
07 DEKABR
06 DEKABR
05 DEKABR
DÜNYA

İran öz neftinin qiymətini aşağı salıb

<b>İran öz neftinin qiymətini aşağı salıb</b>

Neft bazarında tələbatı və neft ixrac edən digər ölkələr tərəfindən həyata keçirilən endirimləri nəzərə alaraq İran öz neftinin qiymətini ucuzlaşdırıb

AZƏRTAC xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Bildirilir ki, İran öz neftinin qiymətini aşağı salıb.
“Müştərilərə “qara qızıl”ın qiymətində güzəştlər tətbiq etmək bütün neft ixracatçıları tərəfindən həyata keçirilir və bu, qlobal neft bazarındakı əsasların bir hissəsidir”, - deyə İranın Neft Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.
İran rəsmisi qiymətdəki endirimlərin nə qədər olduğunu açıqlamayıb.
Lakin ölkənin bəzi mətbu orqanları İranın avqust ayından etibarən neft qiymətinin 60-80 sent endirdiyini yazırlar.
Qeyd edək ki, İran ixrac etdiyi gündəlik orta hesabla 2 milyon 200 min barrel xam neftin yarısını Çin və Hindistana, 25 faizini isə Avropa ölkələri, Koreya Respublikasına və Yaponiyaya çatdırır.
Noyabrın 5-də qüvvəyə minəcək ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar Koreya Respublikası və Yaponiya İrandan neft idxalını dayandırmışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv