Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
DÜNYA

Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində azı 45 hərbçi həlak olub

<b>Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində azı 45 hərbçi həlak olub</b>

Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan vilayətində “Taliban” hərəkatının hərbi bazaya hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 45 əməkdaşı həlak olub

AZƏRTAC “Tolo News” telekanalına istinadla xəbər verir ki, hadisə avqustun 15-nə keçən gecə baş verib. Həlak olanların 35-i hərbçi, 10-u isə yerli polis əməkdaşıdır.
Bu ərəfədə “Şahin” düşərgəsinin nümayəndəsi Məhəmməd Hənif Rezai taliblərin ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətindəki hərbi bazalardan birini ələ keçirdiyini bildirib. Bu bölgədə gedən döyüşlər nəticəsində Əfqanıstan ordusunun 17 əsgəri həlak olub, 12-si isə yaralanıb. Yerli şuranın rəhbəri Sıbhatullah Silab Müavinin sözlərinə görə, hücum vaxtı hərbi hissədə olan onlarla əsgərin taleyindən isə heç bir xəbər yoxdur.
Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv