Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
DÜNYA

Türkiyə bir sıra ABŞ mallarına rüsumu kəskin şəkildə artırıb

<b>Türkiyə bir sıra ABŞ mallarına rüsumu kəskin şəkildə artırıb</b>

Türkiyə ABŞ-ın sanksiyalarına cavab olaraq bəzi Amerika mallarına rüsumu kəskin şəkildə artırıb

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “Resmi Gazete”də dərc olunan sənədə əsasən, bu ölkədən idxal olunan tütün məmulatlarının rüsumu 60 faiz, spirtli içkilərin rüsumu 140 faiz, avtomobillərin rüsumu isə 120 faiz artıb. Bundan başqa, bəzi növ məhsulların, o cümlədən düyü, meyvə və kosmetika vasitələrinin də rüsumu qaldırılıb.
Bu ərəfədə Türkiyə Amerikanın elektron məhsullarını da boykot edib. Həmçinin hökumət ABŞ istehsalı olan tikinti materiallarından imtina edəcəyini bildirib. Rəcəb Tayyib Ərdoğan hazırda ölkəsinə qarşı “iqtisadi hücumlar edildiyini” bildirib.
Xatırladaq ki, son günlər Türkiyə lirəsi dollar və avro ilə müqayisədə tarixi minimumlara enmişdi. ABŞ Prezidenti Donald Tramp Türkiyədən gələn alüminium və poladın rüsumunu müvafiq olaraq 20 və 50 faiz artırdıqdan sonra lirə bu valyutalara nisbətdə 40 faizdən çox ucuzlaşmışdı. Avqustun 13-də Türkiyə Mərkəzi Bankı yerli bankları daxili ehtiyatlar hesabına lazımi valyuta ilə təmin edəcəyi barədə qərarını açıqladıqdan sonra lirənin dollara nisbətdə ucuzlaşmasının qarşısı alınıb. İndi dollarda kəskin eniş müşahidə olunur. Ötən bazar günü məzənnəsi 7,3 lirəyədək yüksələn dollar bu gün səhər saatlarında 6 lirəyədək geriləyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv