Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
DÜNYA

“Taliban” yaraqlıları üç avtobusu ələ keçiriblər: 150-dən çox sərnişin əsir götürülüb

<b>“Taliban” yaraqlıları üç avtobusu ələ keçiriblər: 150-dən çox sərnişin əsir götürülüb</b>

“Taliban” hərəkatının yaraqlıları 150-dən çox sərnişin daşıyan üç avtobusu ələ keçiriblər

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Qunduz vilayətinin Xan Abad rayonunda baş verib. Sərnişinlərin xilas edilməsi üçün hökumət əraziyə qoşun yeridib. Qunduz vilayətinin təhlükəsizlik qüvvələrinin nümayəndəsi Safiullah Mahzanın sözlərinə görə, oğurlanmış sərnişinlər Nikpe kəndindədir.
Qeyd edək ki, avqustun 19-da Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar atəşkəs elan edib.