Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
MƏDƏNİYYƏT

Valeri Meladzenin “Jara-2018” çərçivəsində yaradıcılıq gecəsi Rusiyanın Birinci kanalında yayımlanacaq

<b>Valeri Meladzenin “Jara-2018” çərçivəsində yaradıcılıq gecəsi Rusiyanın Birinci kanalında yayımlanacaq</b>

Rusiya Televiziyasının Birinci kanalı Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalının nümayişini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Əməkdar artisti Valeri Meladzenin festival çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi avqustun 24-də Rusiya Televiziyasının Birinci kanalında yayımlanacaq. Tamaşaçılar Valeri Meladzenin, onun Ani Lorak, Albina Canabayeva, Diana Arbenina, Qriqori Leps, EMIN və başqaları ilə duetlərini dinləyəcəklər. Konsertdə, həmçinin Polina Qaqarina, Slava, Vera Brejneva, Yuliya Kovalçuk, Aleksandr Panayotov, MBand, A`Studio qrupları və başqaları çıxış edəcəklər.
İyulun 26-dan 29-dək Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib. Festival dörd gün ərzində şəhərin mədəni həyatına özünəməxsus hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun ifaları dinləmək imkanı qazanıblar.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv