Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
MƏDƏNİYYƏT

Rusiyanın Əməkdar artisti Bakıda çəkdirdiyi klipi yayımlayıb

<b>Rusiyanın Əməkdar artisti Bakıda çəkdirdiyi klipi yayımlayıb</b>

Rusiyanın Əməkdar artisti Alyona Apina Bakıda çəkdirdiyi “Gəl belə edək” klipini yayımlayıb

AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ekran işini azərbaycanlı rejissor Aslan Əhmədov ərsəyə gətirib.
Rejissor bildirib ki, Bakıda klip çəkmək onun çoxdankı arzusu olub: “Bu klipi vətənimdə, Bakıda çəkdik. Məni seçib inandığı üçün Alyona Apinaya təşəkkür edirəm. Vətənimdə çəkilişlər aparmaq bu işi mənim üçün unudulmaz etdi”.
Müğənni ekran işini azərbaycanlı rejissor Aslan Əhmədova həvalə etməsinin səbəbini açıqlayıb: “ Bakı onun vətənidir, Aslan oranı bütün qəlbi ilə sevir. Çəkiliş üçün maraqlı mənzərə seçib. Onun dediklərinə güvəndim və razılaşdım. Buna görə peşman da deyiləm”.
Alyona Apina deyib: “Çəkiliş zamanı dünyada olan hər şeyi unuduram. Çəkilişlər Xəzər dənizi sahilində və Qobustanda aparılıb. Qobustan dünyanın ən qədim məskənlərindən biridir. Oranı açıq səma altında muzey adlandırırlar. Bakıda çox olmuşam, hər dəfə də iş üçün getmişəm. Bakı Dubaya bənzəyir. Amma oranın öz qəlbi var. İçəridə hələ də qədim ab-hava qorunub saxlanılır. İndi məni seçim qarşısında qoysalar ki, Bakı, yoxsa Paris, Bakını seçərəm”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv