Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
DÜNYA

Hindistanda zəvvarları daşıyan avtobus dərəyə yuvarlanıb

<b>Hindistanda zəvvarları daşıyan avtobus dərəyə yuvarlanıb</b>

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında zəvvarları daşıyan avtobusun dərəyə aşması nəticəsində azı 12 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident avqustun 21-də səhər saatlarında Kaştvar dairəsində qeydə alınıb. Ehtimallara görə, sürücü yolun mürəkkəb hissəsində idarəetməni itirib.
Həkimlər qəza zamanı yaralanan iki nəfərin vəziyyətinin ağır olduğunu bildirirlər.
Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol- nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv