Son xəbərlər
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
13 FEVRAL
DÜNYA

Tacikistanın Hərbi Hava Qüvvələri Əfqanıstanın Tahar əyalətinə zərbə endirib

<b>Tacikistanın Hərbi Hava Qüvvələri Əfqanıstanın Tahar əyalətinə zərbə endirib</b>

Tacikistanın Hərbi Hava Qüvvələri avqustun 27-nə keçən gecə Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətinin Darkad rayonuna zərbə endirib

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hava zərbələri avqustun 26-da yerli narkotik ticarətçiləri ilə Tacikistan sərhədçiləri arasında baş verən toqquşmadan sonra endirilib. Atışma nəticəsində iki sərhədçinin həlak olduğu bildirilir.
Tacikistan hökuməti hələlik hadisə ilə bağlı rəsmi məlumat verməyib.
Bir qədər əvvəl “ASIA-Plus” portalı hökumətin güc strukturunda olan mənbəyə istinadla sərhəddə “Taliban” döyüşçülərinin atəşi nəticəsində iki tacik meşəbəyinin öldüyü barədə məlumat yaymışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv