Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
DÜNYA

Ermənistan məhkəməsinin sabiq rəhbərinin malikanəsinə hücum edilib

<b>Ermənistan məhkəməsinin sabiq rəhbərinin malikanəsinə hücum edilib</b>

Avtomatla silahlanmış üç maskalı şəxs avqustun 28-də axşam saat 22:00 radələrində Ermənistanın kasasiya məhkəməsinin sabiq sədri Arman Mkrtumyanın malikanəsinə hücum edib

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ermənistan istintaq komitəsi rəhbərinin müşaviri Sona Truzyan hücum zamanı Yerevandan 16 kilometr məsafədə yerləşən Dzorahbür kəndindəki malikanədə Mkrtumyanın və ailə üzvlərinin olduğunu bildirib. Onun sözlərinə görə, ətrafa nizamsız atəş açan silahlı şəxslərdən biri saxlanılıb, ikisi isə hadisə yerindən qaçıb.
İnsident nəticəsində yaralananların olduğu bildirilir. Hadisə ilə bağlı təhqiqat başlayıb.
Arman Mkrtumyan 2008-2018-ci illərdə Ermənistanın kasasiya məhkəməsinin sədri postunu tutub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv