Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
İQTİSADİYYAT

Çinə təşkil olunmuş ixrac missiyası başa çatıb

<b>Çinə təşkil olunmuş ixrac missiyası başa çatıb</b>

İqtisadiyyat Nazirliyinin Çinin Urumçi şəhərinə təşkil etdiyi ixrac missiyası başa çatıb

Nazirlikdən Trend-ə verilən məlumata görə, missiya çərçivəsində keçirilmiş görüşlərdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib.
Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına, Azərbaycan məhsullarının Çinə ixracına dair müzakirələr aparıblar. Sahibkarlarımız həmçinin məhsul istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, potensial müştərilərlə ikitərəfli görüşlər keçiriblər.
Qeyd edək ki, müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkətinin daxil olduğu ixrac missiyası Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə təşkil olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv