Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
MƏDƏNİYYƏT

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində məşqlər başladı

<b>Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində məşqlər başladı</b>

Festivalın bağlanışında Bakı Media Mərkəzində təqdim olunacaq ədəbi-musiqi kompozisiyanın növbəti məşqi olub

Sentyabrın 27-dən 30-dək Azərbaycanda ilk dəfə keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Bakıda və şairin dogma diyarı Şamaxıda müxtəlif səpkili proqramlar təşkil olunacaq.
Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək festival proqramı üzrə bu günlərdə artıq məşqlər başlayıb.
Ötən gün festivalın bağlanışında Bakı Media Mərkəzində təqdim olunacaq ədəbi-musiqi kompozisiyanın növbəti məşqi olub.
Sentyabrın 30-da Bakı Media Mərkəzində tamaşaçılara İmadəddin Nəsiminin şeirlərindən ibarət kompozisiya təqdim ediləcək.
Bu mərasim zamanı eyni zamanda “Söz” ədəbi layihəsi çərçivəsində Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv