Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
İDMAN

Qurban Qurbanov: Malta millisi fərqli sistemlə oynayır

<b>Qurban Qurbanov: Malta millisi fərqli sistemlə oynayır</b>

Vacib oyun üçün Maltaya gəlmişik. Bu oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidir

Malta millisinin Farer Adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində, 1:3 hesabı ilə məğlub olmağa layiq deyildilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Malta millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis bildirib: “Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda məğlub olmaq istəmir. Çalışacağıq, müsbət nəticə əldə edək”.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də Ta Qali milli stadionunda keçiriləcək. Qarşılaşma “CBC Sport” telekanalında birbaşa yayımlanacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv