Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
İDMAN

Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış ediblər

<b>Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış ediblər</b>

Azərbaycan badmintonçuları Minskdə “Belarus International-2018” turnirində uğurla çıxış ediblər

AZƏRTAC xəbər verir ki, turnirə əsas mərhələdən qatılan badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında finala gedən yolda Qazaxıstan, Finlandiya, Hindistan və Polşa təmsilçilərinə qalib gəlib. Dviçayo finalda fransalı Leo Rossini 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Badmintonçularımız kişilərin qoşa yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü final yolunda İsrail, Ukrayna və Polşadan olan həmkarlarını məğlub ediblər. Təmsilçilərimiz həlledici görüşdə Fransa badmintonçuları Leo Rossi-Tomas Baures üzərində də inamlı qələbə qazanıblar - 2:0.
Qeyd edək ki, Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni “Sabah” peşəkar idman klubunun üzvləridir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv