Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
İQTİSADİYYAT

Cavid Qurbanov Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb

<b>Cavid Qurbanov Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb</b>

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çexiyanın sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Trend-in məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.
Cavid Qurbanov bildirib ki, Çexiyanın müvafiq qurumları ilə əlaqələrimiz yüksək səviyyədədir. Belə ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb və layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb. Artıq Bakı-Böyük Kəsik istiqamətində təmir işlərı başa çatmaq üzrədir.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Çexiyanın sənaye və ticarət naziri Marta Novakova çıxış edərək Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə həmçinin Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert iştirak edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv