Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
SOSİAL

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə lideri oldu

<b>Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə lideri oldu</b>

2018/2019-cu tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin Sərəncamına əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş tələbələrin ali məktəblər üzrə sayı məlum olub

Prezidentin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülmüş 26 tələbə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu. Bu göstərici BANM-ı ölkə universitetləri arasında Prezident təqaüdçülərinin sayına görə lider edib.
Prezident təqaüdçülərinin sayına görə ali məktəblərin statistikasını sizə təqdim edirik.
№ Ali Məktəbin adı nəfər
1 Bakı Ali Neft Məktəbi 26
2 Azərbaycan Tibb Universiteti 24
3 Azərbaycan Dövlət İqtisad Universiteti 18
4 Bakı Dövlət Universiteti 12
5 ADA Universiteti 11
6 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 8
7 Polis Akademiyası 1
8 Naxçıvan Dövlət Universiteti 1
9 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - UFAZ 1
Xatırladaq ki, qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyent də BANM-ın tələbəsidir. Bir qrup üzrə bütün 700 ballı tələbələrin yalnız bir ali məktəbi – BANM-ı seçməsi də rekord göstəricidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv