Son xəbərlər
20 NOYABR
19 NOYABR
18 NOYABR
16 NOYABR
SİYASƏT

“Mən güney azərbaycanlıyam...”

<font color=red><b>“Mən güney azərbaycanlıyam...”</b></font>

Ayda Kərimli: “Güneydə çətinliklərin içində fəaliyyət göstərən gənclərimizdir əsl qəhrəmanlarımız”

Xəbər verdiyimiz kimi, İsveç Krallığındakı seçkilərdə iştirak edən soydaşlarımız qalib gəliblər. Onlardan Aylin Fazelian Sosial Demokrat Partiyasından, Ayda Kərimli isə Mərkəz partiyasından əyalət parlamentinə seçiliblər.
Mövzu ilə bağlı Ayda Kərimlinin “Amerkanın səsi” radiosuna müsahibəsini oxucularımıza təqdim edirik.
- Necə oldu ki, deputat seçildiniz?
- İsveçdə Sosial Demokrat Partiyası sonra isə Ana Partiya ilə birlikdə çalışmalarım olub. Aylin Sosial Demokrat qadın təşkilatının müdirəsi olub. Seçkilərdən öncə Aylini seçim komitəsi məsləhət görüb. Qurultayda partiyalar bizə haqq veriblər və biz öz partiyalarımız tərəfindən nümayəndə seçilmişik.
- Bəs, seçkilər necə keçdi?
- Seçkilər yaxşı keçdi. Mən və Aylin iki fərqli partiyadanıq. Aylin Sosial Demokrat Partiyasından, mən isə Mərkəz Partiyasındanam, Yaşıl Liberal partiyasından namizədəm. Bizim partiya bu seçimdə daha da gücləndi. Biz təxmini 6% səs idik, 9 %-ə yaxın olduq. Aylinin partiyası isə 31%-dən 28%-ə düşdü, amma böyük partiya olduğu üçün Aylin heç bir çətinlik çəkmədi. Çünki o, siyahıda ikinci sırada idi. Onlar da parlamentə üç namizəd verə bildilər. Mən öz siyahımızda birinci sırada idim. Bizdən də iki nəfər getdiyi üçün mən seçildim.
- Əldə etdiyimiz məlumatlara görə, Dünya Qlobal Sammitində çıxış etmisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Mən, təxmini 10 ildən çoxdur ki, siyasi fəaliyyətlə məşğulam. Amma daha çox beynəlxalq siyasətdə Güney Azərbaycan, Urmiya gölü ilə bağlı çoxlu çalışmalarım olub. Avropa Parlamentlərində xeyli görüşlərimiz, iclaslarımız, seminarlarımız olub. Onu da deyim ki, bizim Avropa Parlamentində uzun çalışmalarımızın sonunda Urmiya gölü ilə bağlı bir “revolution” yazıldı. Həmin yazı Avropa Parlamentinin İranla münasibətlərində Urmiya gölünün də önə çəkilməsi üçün idi. Bu da bizim üçün çox böyük uğurdur. Eyni zamanda ABŞ-da da tipli çalışmalarımız olub. Güney Azərbaycanın siyasi gündəmi ilə bağlı senatlarla, konqressmenlərlə çoxlu görüşlərimiz olub.
- Güney Azərbaycan demişkən, ora ilə əlaqələriniz necədir?
- Mənim Güney Azərbayanla həm əlaqəm var, həm də heç bir əlaqəm yoxdur. Mən 2 yaşımda Güney Azərbaycandan anam və atamla birlikdə, Araz çayının o tayından bu tayına qaçmışıq, siyasi qaçqınıq. 3 yaşımı Quzey Azərbaycanda Lənkəranda keçirmişəm. Ondan sonra qaçqın olaraq İsveçə gəlmişik. Mən güney azərbaycanlıyam. Amma təəssüf ki, heç vaxt güneyimə gedə bilmədim. Ona görə də onlara hər zaman əlimdən gələni uzaqdan da olsa, etməyə çalışmışam. Amma nə güneyimə gedə bilmişəm, nə də oradakı qohumlarımı görə bilmişəm.
- Seçkilərlə bağlı Azərbaycandan təəssüratlar necə idi? Bu barədə sizə dəstək olurdularmı?
- Şimaldan biz hər zaman dəstəyimizi almışıq. Sağ olsun dostlar. Güneydə olanlar isə zor durumdadırlar. Çıxıb siyasi səviyyədə dəstək göstərə bilməzlər. Amma bizim Güneydəki dostlarımız bizi hər zaman dəstəkləyib, bizə təşəkkür ediblər. Onu da bildirim ki, bizim elədiklərimiz heçdir. Güneydə çətinliklərin içində fəaliyyət göstərən gənclərimizdir əsl qəhrəmanlarımız. Burada bizim duzumuz qurudur. Mən burada demokratik ölkənin içində yaşayıram, heç bir həyat təhlükəsi ilə qarşılaşmıram. Onun üçün güney Azərbaycanımdan heç bir şey gözləyə bilmərəm. Mənim onlara borcum var. Onlara qarşı öz öhdəliyimi hər zaman yerinə yetirməyə çalışıram. Quzey Azərbaycanıma da gələndə isə bilirsiniz, mənim həyat yoldaşım Mərdəkanlıdır. Azərbaycana gedib-gəlirik. Orada da qohumlarımız, əzizlərimiz var. Siyasi olaraq isə Şimali Azərbaycanla münasibətimiz olmayıb.
- Son olaraq İsveçdəki fəaliyyətləriniz, oradakı həyatınız haqqında danışmağınızı xahiş edirik.
- Təxmini 6 il öncə İsveç siyasətinə qatıldım. Mərkəz partiyasına təyin olundum. 2014-də bələdiyyəyə, 2018-də parlamentdə öz partiyamın birinci namizədi kimi seçildim. Bələdiyyədəki 30 min nəfərlik şirkətlərin məsulu kimi işləyirəm. Amma mənim ən böyük işim bilirsinizmi nədir? Bütün qadınlarımız kimi mən 3 qız anasıyam. Mənim ən böyük işim də onları düzgün boya-başa çatdırmaqdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv