Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
DÜNYA

Kuçma: Tramp Kiyevdən üzr istəməlidir

<b>Kuçma: Tramp Kiyevdən üzr istəməlidir</b>

ABŞ Prezidenti Donald Tramp Kiyevdən Budapeşt Memorandumunu imzalayanların onu aldatdığı üçün üzr istəməlidir

Bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kuçma deyib.
“Ukraynanı aldadıblar, Şimali Koreya isə nüvə silahı olmadan heç nəyə dəyməz. Tramp üzr istəyərək təkcə Kiyev üçün deyil, bütün Avropa və dünya üçün qorxulu olan bu məsələdə Ukraynaya daha fəal şəkildə yardım etməyə hazır olduğunu bildirməlidir”, - eks-prezident vurğulayıb.
Qeyd edək ki, Budapeşt Memorandumu 5 dekabr 1994-cü ildə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya liderləri arasında imzalanıb. Bu sənədə əsasən, Ukrayna nüvə silahından imtina edib, əvəzində isə bu dövlətlər Ukraynanın təhlükəsizliyinə təminat veriblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv