Son xəbərlər
07 DEKABR
06 DEKABR
05 DEKABR
SİYASƏT

Ordumuz “ən güclülər” siyahısında irəlilədi – Reytinq

<b>Ordumuz “ən güclülər” siyahısında irəlilədi – Reytinq</b>

Azərbaycan ordusu hərbi gücünə görə dünya reytinqində 5 pillə irəliləyib

Bu nəticə "Globalfirepower" saytının hazırladığı yeni reytinq cədvəlində yer alıb. Sayt Azərbaycan ordusunun hazırda dünyanın 53-cü ən güclü ordusu olduğunu bildirib.
Yeni reytinq cədvəlinə əsasən, Azərbaycan regionun ən güclü ordusuna sahibdir. Cənubi Qafqazdakı qonşularımız olan Gürcüstan 82-ci, Ermənistan isə 84-cü yerdə qərarlaşıb.
Reytinqə bu il yenə ABŞ rəhbərlik edib. Ondan sonrakı yerləri Rusiya, Çin və Hindistan tutub.
Qardaş Türkiyə siyahıda 9-cu pillədə (keçən il 8-ci yerdə idi – red.) qərarlaşıb.
Cənub qonşumuz İran da 8 pillə irəlləməyi bacarıb və yeni siyahıda 13-cü yerdə qərarlaşıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv