Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Müdafiə Nazirliyi: Azərbaycan tərəfi heç bir itki verməyib

<b>Müdafiə Nazirliyi: Azərbaycan tərəfi heç bir itki verməyib</b>

“Mənim addımım” blokunun sentyabrın 16-da Yerevanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dedikləri yalandır

Bu barədə Trend-in soruğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib:
"Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır".
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv